https://news.day.az/azerinews/1726078.html
Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Yanvarın 28-də Bakı şəhərində narkotiklə əlaqəli cinayətlərə görə axtarışda olan şübhəli şəxs saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib.

DİN-in Mətbuat Xidmətindən Day.Az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən xidməti tabel silahı tətbiq olunmaqla, əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı Aslanov Ceyhun zərərsizləşdirilərək xəstəxanaya yerləşdirilib.
Onun yaşadığı ünvandan külli miqdarda narkotik vasitə aşkarlanıb.
Fakta görə cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре