https://news.day.az/azerinews/1726753.html
Azərbaycanda zəlzələ baş verib
İsmayıllı rayonunda 3 maqnitudalı zəlzələ qeydə alınıb Day.Az-ın məlumatına görə, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu bildirib.
Azərbaycanda zəlzələ baş verib

İsmayıllı rayonunda 3 maqnitudalı zəlzələ qeydə alınıb
Day.Az-ın məlumatına görə, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu bildirib.
Mərkəzin məlumatına əsasən, yerli vaxtla saat 05:18-də İsmayıllı seysmik stansiyasından 22 km şimalda, İsmayıllı rayonunda 3 maqnitudalı zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 9 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.
Xatırladaq ki, yanvarın 26-da Xəzər dənizində 3,5 maqnitudalı zəlzələ baş vermişdi.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре