"Word" faydalı funksiyasını itirdi
"Microsoft" intellektual axtarış funksiyasını "Word" mətn redaktorundan silib.
Day.Az Milli.Az-а istinadən xəbər verir ki, bu barədə "Digital Trends" nəşri məlumat yayıb.
İntellektual axtarış (Smart Lookup) funksiyası 2016-cı ildən "Microsoft Word"ün müxtəlif versiyalarında mövcuddur. Bu funksiya internetdən müxtəlif söz və terminlər haqqında məlumat toplayaraq, onların izahını tapmağa imkan verirdi.
Qeyd olunurki, "Word"ün yeni versiyalarında faydalı funksiya itib. Media ekspertləri hesab edirlər ki, bu funksiya süni intellektə (AI) görə dayandırılıb.
Bildirilir ki, "Smart Lookup" funksiyasını "Copilot" süni intellekti əvəz edəcək. Bu yolla "Microsoft" daha çox istehlakçının "Copilot"dan istifadə etməsini təmin edə bilər./oxu.az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре