Murad tamaşa zamanı xəsarət aldı

Aktyor Murad İsmayılın başına iş gəlib.

Day.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "İblis" tamaşası üçün Akademik Milli Dram Teatrının səhnəsinə çıxıb. 

Oyun zamanı onun ayağı zədələnib. Murad tamaşanı yarımçıq tərk etməyərək, oyuna davam edib. O səhnədə axsaya-axsaya hərəkət edib. 

Həmin görüntüləri tamaşaçılar sosial şəbəkədə paylaşıblar.