İqtisadiyyat Nazirliyinin strukturunda dəyişiklik edilib

Prezident İlham Əliyev Azərbaycan İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Fərman imzalayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin ştat vahidləri artırılıb. Qərara əsasən, nazirliyin strukturuna daxil olan qurumların ümumi işçi sayı 3324 nəfərə çatdırılıb. Bunun 2641-i vəzifəli şəxs, 683-ü isə xidmət heyətidir.

Bundan əlavə, fərmanda "4494" rəqəmlərinin "5651" ilə əvəz edilməsi, həmçinin nazirliyin ştat sayına və strukturuna dair dəyişikliklərin edilməsi nəzərdə tutulub.

Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.