https://news.day.az/azerinews/1727794.html
Türkiyədə güclü zəlzələ baş verib
Egey dənizinin Türkiyə sahillərində güclü zəlzələ baş verib. Yeraltı təkanlar İzmir və başqa sahilyanı ərazilərdə hiss olunub. Day.Az türk KİV-lərinə istinadən xəbər verir ki, yerli vaxtla 16:04-da qeydə alınan 5.2 bal gücündə olan zəlzələnin episentri yerin 7 kilometr dərinliyində olub.
Türkiyədə güclü zəlzələ baş verib
Egey dənizinin Türkiyə sahillərində güclü zəlzələ baş verib. Yeraltı təkanlar İzmir və başqa sahilyanı ərazilərdə hiss olunub.
Day.Az türk KİV-lərinə istinadən xəbər verir ki, yerli vaxtla 16:04-da qeydə alınan 5.2 bal gücündə olan zəlzələnin episentri yerin 7 kilometr dərinliyində olub.
Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bunun indiyədək Egey dənizində baş vermiş ən güclü zəlzələ olduğunu açıqlayıb.
Qeyd edək ki, son 2 gün ərzində Yunanıstanın adalarında da çoxsaylı yeraltı təkanlar qeyd alınıb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре