Universitetlərin köçürülməsi konseptual şəkildə müzakirə edilir

Universitetlərin köçürülməsi konseptual şəkildə müzakirə edilir.

Day.Az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev brifinqdə çıxışı zamanı deyib.

 

O qeyd edib ki, hələ bunun təhlilləri aparılır.

"Bu istiqamətdə müəyyən hesablamalarımız var. Aidiyyatı qurumlarla iş aparırıq. Bakının mərkəzində yerləşən universitetlər təxminən 15-20 min tələbə və onların müəllimləri deməkdir. Bu bir əşyanı A nöqtəsindən B nöqtəsinə daşımaq deyil. Eyni zamanda biz bunu istisna etmirik. Düşünürük ki, köçürülmə təhsil üçün də yaxşıdır",- deyə nazir əlavə edib