https://news.day.az/azerinews/1728355.html
Şəkidə yol-nəqliyyat hadisəsi baş verib
Şəki-Qax avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. Day.Az xəbər verir ki, hadisə İnçə kəndində qeydə alınıb. 58 yaşlı Zaqatala rayon sakini Ramiz Hacıyevin idarə etdiyi "Nissan" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Şəkidə yol-nəqliyyat hadisəsi baş verib

Şəki-Qax avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Day.Az xəbər verir ki, hadisə İnçə kəndində qeydə alınıb.
58 yaşlı Zaqatala rayon sakini Ramiz Hacıyevin idarə etdiyi "Nissan" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Bu zaman avtomobildəki sərnişin, 27 yaşlı Zaqatala rayon sakini Aydan Mahamatebinova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Baş verən qəzanın təfərrüatları araşdırılır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре