Alim Qasımovun səhhətində problem yarandı

Xalq artisti Alim Qasımovun səhhətində problem yaranıb.

Day.Az Axşam.Az-a istinadən xəbər verir ki, bu barədə xnəndə "İncə səhər" verilişinə müsahibəsində deyib. O bildirib ki, revmatizmdən əziyyət çəkir:

"Durduğum yerdə ayağım şişdi. İndi heç nə yoxdur. Soyuqdəymədən əmələ gəlib. Bizdə buna "yel" deyirlər. Həkimlər isə revmatizm adlandırır. Həkimə getdim, dedilər ki, ayağınızda şiş var, amma üzdən heç bir şey görünmür. Amma bir az şiş kimidir. Yeriyəndə rahatlığımı alıb. Həmin nahiyəyə dərman vururam. Bir iki gün yaxşı olmuşdu, amma yenə ağrı başlayıb".