Prezident İlham Əliyev: Bəzi Qərb liderləri Prezident Trampa qarşı çox ədalətsiz idilər

Avropa liderləri arasında (Prezident Trampla bağlı - red.) ciddi qeyri-müəyyənlik və deyərdim, ciddi narahatlıq var. Səbəbi isə çox sadədir. Biz hamımız onların bəzilərinin son 4 ildə cənab Tramp prezident olmadığı dövrdə ona necə münasibət göstərdiyini bilirik. Artıq mən deyərdim, ilk diskvalifikasiya var. Bu, Kanadanın Baş naziridir.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində ifadə edib.
"Bəzi Qərb liderləri Prezident Trampa qarşı çox ədalətsiz idilər və sözsüz ki, onlar narahatdırlar, indi onların buna görə cavabdeh olmasının vaxtı gəlib çatıb", - deyən dövlətimizin başçısı bunun onun fikri olduğunu, ABŞ-da dəyişikliklə bağlı narahat olmaq üçün başqa ciddi səbəb görmədiyini vurğulayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре