Bu səfər qardaş ölkələrimiz arasında strateji müttəfiqliyin başlanğıcı deməkdir

Bu səfər, sadəcə, diplomatik əməkdaşlıq deyil. Bu, həqiqətən iki qardaş ölkələrimiz arasında tərəfdaşlıq üzrə səmərəli və strateji müttəfiqliyin başlanğıcı deməkdir.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Somali Prezidenti Hasan Şeyx Mahmud Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında söyləyib.

Somali və Azərbaycanın inkişaf, təhlükəsizlik və tərəqqi ilə bağlı baxışlarının üst-üstə düşdüyünü vurğulayan Hasan Şeyx Mahmud, həmçinin bildirib: "Mən, həmçinin Azərbaycan xalqını öz suverenliyini və ərazi bütövlüyünü qoruduğuna görə təqdir etmək istərdim".