Vasifin “Xaş hambal yeməyidir” sözlərinə Nüşabədən cavab
Əməkdar artist Nüşabə Ələsgərli həmkarı, Əməkdar artist Vasif Məhərrəmlinin "Xaş hambal yeməyidir" fikirlərinə münasibət bildirib.
Day.Az Olay-ya istinadən xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "Tarixin bir günü" verilişində deyib.
Ələsgərli sözügedən məsələ ilə bağlı fikirlərini bu sözlərlə nəql edib:
"Biz elə bir zamana gəlmişik ki, ağzından çıxan hər sözü bişirib sonra deməlisən. Çünki bu sonradan böyük reaksiyaya səbəb ola bilər. Bəli, tarixdən biz bilirik ki, "xaş" - tutumlu yeməkdir. İnsanın imkanı yoxdur ki, gün ərzində beş dəfə yemək yesin. Bir "xaşı" yeyəndə gün ərzində onun qarnını doydurdu. Məsələn "piti" yemək haqqında da belə deyirlər. O da tutumlu və qarın doyduran yeməkdir. Pitinin suyuna çörək doğrayıb yeyirlər. Bu olur "birinci" yemək. İçində olan digər məhsulları isə əzirlər - bu da olur "ikinci" yemək. Burada axı nə var? Tutumlu, doyumlu, vitaminli - gözəl yeməklərdir. Deyiliş forması pis olanda insanları qıcıqlandırır".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре