Çin şirkəti Azərbaycan kümçülərini ipəkqurdunun sənaye toxumları ilə təchiz edəcək

Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafı ilə bağlı növbəti müvafiq işlər görüləcək.

Day.Az-ın əldə etdiyi məlumata görə, barama məhsulu istehsalı məqsədilə baramaçılıq rayonlarınının kümçüləri ipəkqurdunun sənaye toxumları ilə təchiz ediləcək.

Belə ki, artıq bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi müvafiq işləri yekunlaşdırıb.

Nazirlik sözügedən işlərin icrasını Çinin "Shandong Guangtong Silkworm Eggs Co" LTD şirkətinə həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 127 500 manat ödənilib.

Qeyd edək ki, ölkədə kənd təsərrüfatında önəmli yerlərdən birinə malik baramaçılığın inkişafı istiqamətində mühüm addımlar atılır, o cümlədən, müxtəlif proqramlar və layihələr həyata keçirilir. 2017-ci ildə təsdiq edilmiş "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı" da bu sahəyə dövlətin ciddi qayğısını özündə ehtiva edir.