Azərbaycan AİB ilə dövlət-özəl tərəfadaşlığı layihələrinə dair təklifləri müzakirə edib
Azərbaycan və Asiya İnkişaf Bankı (AİB) arasında dövlət-özəl tərəfadaşlığı layihələrinə dair təkliflər müzakirə olunub.
İqtisadiyyat Nazirliyindən Day.Az-а verilən məlumata görə, bu, nazir müavini Səməd Bəşirlinin Asiya İnkişaf Bankının özəl sektorun inkişafı üzrə regional direktoru, missiya rəhbəri Enriko Pinallinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı baş tutub.
Görüşdə dövlət-özəl əməkdaşlığı çərçivəsində AİB ilə əməkdaşlıq yüksək qiymətləndirilib, enerji, ətraf mühit, infrastruktur, tranzit-logistika, rəqəmsal inkişaf və digər istiqamətlər üzrə icra olunan layihələrin əhəmiyyəti vurğulanıb.
AİB tərəfindən hazırlanmış müxtəlif sahələrdə dövlət-özəl tərəfadaşlığı layihələrinə dair təkliflər müzakirə olunub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре