Azərbaycan tütün məmulatları idxalına xərcini 16% artırıb

Bu ilin yanvar ayında Azərbaycana xarici ölkələrdən 9,6 milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

Bu barədə Day.Az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ilin yanvar ayındakı göstəriciyə nisbətən 1,2 milyon ABŞ dolları və ya 16,1% çoxdur.

Cari ilin yanvarında tütün və tütün məmulatları idxalı ölkənin ümumi idxalında 0,47% paya malik olub.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda istehlakçılara 230,3 milyon manat dəyərində içki və tütün məmulatları satılıb.

İçki və tütün məmulatları üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 4,7% təşkil edib.