İsrailin Kiryat Bialik şəhərində Xocalı soyqırımı qurbanları anılıb - FOTO

Azərbaycanın İsmayıllı şəhəri ilə qardaşlaşmış Kiryat Bialik şəhərində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri təşkil edilib.
Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, tədbir "Beyt a-Yadidut" (Dostluq Evi) Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Kiryat-Bialik bələdiyyəsinin dəstəyi, İsraildə fəaliyyət göstərən "Azİz" İsrail-Azərbaycan Mədəniyyətlərarası Əlaqə" Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.
Tədbirdə "Azİz" Assosiasiyasının icraçı direktoru Şaul Siman-Tov ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda yaşadığı dövrlə bağlı xatirələrini bölüşüb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışını ruh yüksəkliyi və ümidlə qarşıladığını qeyd edib.
İsraildəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman tədbir iştirakçılarına Xocalı soyqırımı və Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçı siyasətin tarixindən danışıb.
"Azİz" İsrail-Azərbaycan Mədəniyyətlərarası Əlaqə" Assosiasiyasının prezidenti Adam Amilov, Kiryat Bialik şəhərinin mer müavini Naxum Raxevski hər zaman Azərbaycan xalıqının yanında olduqlarını vurğulayıblar.
Tədbir "Sevgi" ansamblının musiqiçiləri - tarzən və solist Salman Rabayev, nağara ifaçısı Rüstəm Yunayev və muğam ifaçısı Yaqub Məmmədovun çıxışları ilə davam edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре