Asan İmza niyə işləmir? - AÇIQLAMA

Artıq bir neçə gündür ki, oxucular Asan İmzanın işləməməsi ilə bağlı şikayət edirlər. Bəs Asan İmzanın işləməməsinin səbəbləri nələrdir, problem nə zaman həll olunacaq?
Bu barədə Day.Az-ın sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyindən bildirildi ki, bu, Dövlət Vergi Xidməti tərəfindən təmzimlənir.
Dövlət Vergi Xidmətindən verilən məlumatda isə qeyd edilir ki, Asan İmzada yaranmış çətinliklər Dövlət Vergi Xidməti ilə bağlı deyil. Adiyyəti qurumlar bəzi abunələrdə yaranmış çətinliklərin aradan qaldırılması ilə məşğuldur.
Bununla yanaşı, ölkədə fəaliyyət göstərən mobil operatorlara da sorğu ünvanladıq.
"Azercell"dən bildirildi ki, bu problem "Azercell"ə bağlı bir şey deyil, hazırda Asan İmza işləyir.
"Bakcell"dən isə məlumat verildi ki, bu mobil operatorun şəbəkəsində "ASAN İmza" ilə bağlı çətinlik müşahidə olunmur. "Nar"dan həmçinin qeyd edildi ki, abunəçilərə təqdim olunan "ASAN İmza" xidmətində hər hansı bir çətinlik yoxdur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре