Bu mikrorayon tamamilə sökülür - Sakinlərin nəzərinə

Bakıda bəzi ərazilərdəki binalar plana düşsə də, sökülməsi istiqamətində iş getmir. Hətta bir sıra vətəndaşlar yaşadıqları yerin plana düşməsini istəyir və gələcəklərini buna uyğunlaşdırırlar.
Proses niyə ləngiyir?
Day.Az xəbər verir ki, Globalinfo.az-a danışan əmlak məsələləri üzrə eskpert Elnur Azadov deyib ki, bu, birbaşa Bakının Baş planı ilə bağlıdır:
"Paytaxtda bəzi yerlər sökülsə də, digərləri ilə bağlı hələ addım atılmayıb. Ümumiyyətlə, 2017-ci ilə kimi proseslər qismən xaotik baş verirdi. Çünki bu sahəyə ciddi nəzarət yox idi. Hansısa şəxs və ya iş adamı bina tikmək fikrində idisə, buna istədiyi kimi yanaşırdı. Lakin 2018-ci ildən etibarən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə səlahiyyət verildi. Onlar bu işə beynəlxalq şirkətləri cəlb etdilər. Alman və fransız şirkətləri tender qalibləri oldular. Artıq Bakının Baş planını hazırlayıb 2023-cü ilin dekabr ayında ictimaiyyətə təqdim etdilər. Söküntü prosesləri isə həmin planda əks olunub. Həmçinin köhnəlmiş yaşayış fondu var və ekspertlərin açıqladığı ilkin rəqəmlərə əsasən, belə binaların sayı 11-12 min idi. Hazırda isə rəqəm 16 minə çatıb. Hələ mən çoxmənzilli binalardan danışıram. "Sovetski", "Kubinka" adlanan ərazilərdə, Yasamalda özbaşına tikililər olub və ya Sovet hökuməti vaxtında əsasları qoyulub. Onların söküntüsü ayrıca böyük məsələdir".
Ekspert bildirib ki, sökülməsi gözlənilən 3-5 mərtəbəli binaların arasında qəzalı və qismən qəzalı mənzillər də var:
"İstismar müddəti bitmiş və qismən qəzalı binaların sayı mindən çoxdur. Onlardan biri 1-ci mikrorayondur. Bura Nazirlər Kabinetinin 83 saylı qərarı ilə 2017-ci ildən qismən qəzalı hesab olunur. Pilot olaraq həmin mikrorayonun bütöv sökülməsi planda var. Lakin dövlətin resursları buna çatmır və hamısını icra edə bilməz. Tikinti şirkətlərinin isə Sovet hökuməti dövründə 50-70 il ərzində ərsəyə gəlmiş əmlakları qısa zaman ərzində yeniləməsinə gücü çatmaz".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре