Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafı - İƏT-in əsas prioritetidir - ÖZƏL
.png)
Şərq-Qərb nəqliyyat dəhlizinin (Trans-Asiya dəmir yolu) inkişafı İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) üçün prioritet məsələdir.
Bunu Day.Az-a İƏT baş katibi Əsəd Məcid Xan özəl müsahibəsində deyib.
"Bu dəhliz Fars körfəzinin limanlarını Mərkəzi Asiya ilə birləşdirir ki, bu da ŞƏrqlə Qərb arasında ticarətin inkişafına vasitəçilik edir. Bu dəhlizin vacib hissəsi Pakistan, İran və Türkiyə arasında əlaqələrin və ticarətin möhkəmlənməsinə şərait yaradan İslamabad-Tehran-İstanbul dəmiryolu-avtomobil marşrutudur. Sözügedən marşrut malların daha tez, ucuz və etibarlı şəkildə daşınmasına şərait yaradır",-deyə o bildirib.
Xan qeyd edir ki, Şimal-Cənub nəqliyyat dəhlizi İƏT-nin inkişaf üçün prioritet istiqamətlərindən biridir.
"Bu marşrut Mərkəzi Asiya ölkələrini Fars körfəzi limanları ilə birləşdirir, şimal və cənub regionaları arasında münasibətləri yaxşılaşdırır. Bu dəhlizin inkişafı üzv-dövlətlər arasında ticarət əlaqələrinin və iqtisadi münasibətlərin yaxşılaşmasına istiqamətlənib", -deyə o bildirib.
Baş katib bildirib ki, İƏT regional bağlılığı yaxşılaşdırmaq və ittifaqın üzv dövlətləri arasında ticarətə vasitəçilik məqsədilə bu vacib nəqliyyat dəhlizlərini aktiv şəkildə inkişaf etdirir və təkmilləşdirir. Bu təşəbbüslər iqtisadi inteqrasiyanın gücləndirilməsi və regionda davamlı inkişafın dəstəklənməsinə hədəflənib.
"Asiya və Avropa arasında İƏT regionunun strateji mövqeyini nəzərə alaraq, sərhədsiz nəqliyyat şəbəkələrinə ehtiyac var, ələlxüsus da dənizə çıxışı olmayan ölkələrin, coğrafi çətinliklərini aradan qaldırmaq və onların iqtisadi potensialını müəyyənləşdirə bilmək üçün", -deyə o bildirib.
Xan həmçinin əlavə edib ki, İƏT katibliyinin təşəbbüsü ilə regional nəqliyyat dəhlizlərinin və sərhədyanı keçidlərin üzə çıxarılması və möhkəmləndirilməsinə yönəlmiş tədqiqatlar başladıb. Bu tədqiqatların nəticələrinin sərhədyanı ticarətin yaxşılaşması və İƏT regionunda dayanıqlı iqtisadi artıma dəstək üçün təməl olacağı gözlənilir.
"İƏT, üzv ölkələri bir-birilə və xarici dünya ilə əlaqələndirən nəqliyyat və kommunikasiya infrastrukturunun inkişafına fokuslanıb. Bu, müasir nəqliyyat infrastrukturunun qurulmasını, təhlükəsiz transsərhəd tranziti, rəqəmsal prosedurların tətbiqini və inteqrasiya olunmuş avtomobil, dəmir yolu, dəniz və hava nəqliyyatı şəbəkələrinin inkişafını ehtiva edir" - deyə Xan vurğulayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре