İş dəftərləri pulsuz veriləcək?

Təhsil müəssisələrində tələb olunan iş dəftərlərinin şəxsi vəsait hesabına alınması problemi hələ də həllini tapmayıb.

Day.Az Xəzər TV-yə istinadən bildirir ki, bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin Milli Məclisdə 2024-cü il üzrə məruzəsində bildirilib. Müzakirələr zamanı qeyd olunub ki, orta təhsil icbari və dövlət büdcəsi hesabına maliyyələşdirildiyi üçün dərsliklər və onların komplektləri də şagirdlərə ödənişsiz təqdim edilməlidir. Odur ki, dərsliklərlə yanaşı, digər köməkçi vəsaitlərin də şagirdlərə dövlət hesabına verilməsi vacibdir.

Elə sakinlər də bu təklifin tərəfdarıdırlar. Onlar bildirirlər ki, iş dəftərləri baha olduğundan bəzi şagirdlər vəsaiti əldə edə bilmirlər.

Ekspertlər isə hesab edirlər ki, bəzi uşaqlarda iş dəftərinin olmaması təhsilin keyfiyyətinə təsir göstərir.

Daha ətraflı videomaterialı təqdim edirik.