İcbari tibbi sığorta çərçivəsində qarşılanan tibbi xidmətlərin sayı artırılacaq

Xidmətlər zərfi genişləndiriləcək.

Day.Az xəbər verir ki, bu barədə XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev məlumat verib.

O bildirib ki, hazırda xidmətlər zərfinə 3315 tibb prosedur daxildir:

"İldən-ilə bu siyahı genişləndirilir. İnanırıq ki, bu il ərzində də müəyyən prosedurlar bu siyahıya əlavə olunacaq".