https://news.day.az/azerinews/1737558.html
Misli Premyer Liqasında XXVII tura bu gün yekun vurulacaq
Bu gün Misli Premyer Liqasının XXVII turu iki qarşılaşma ilə başa çatacaq. Day.Az-ın məlumatına görə, günün ilk oyunu "Səbail" və "Neftçi" komandaları arasında keçiriləcək. "ASCO Arena"da baş tutacaq matç saat 16:00-da start götürəcək.
Misli Premyer Liqasında XXVII tura bu gün yekun vurulacaq
Bu gün Misli Premyer Liqasının XXVII turu iki qarşılaşma ilə başa çatacaq.
Day.Az-ın məlumatına görə, günün ilk oyunu "Səbail" və "Neftçi" komandaları arasında keçiriləcək.
"ASCO Arena"da baş tutacaq matç saat 16:00-da start götürəcək. Hazırda "Neftçi" 28 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb, 18 xala malik "Səbail" isə sonuncu - 10-cu yerdədir.
Tura yekun vuran görüş isə Tovuz şəhər stadionunda "Turan Tovuz" və "Sumqayıt" arasında baş tutacaq. Qarşılaşma saat 18:30-da start götürəcək. Turnir cədvəlində 43 xalla 4-cü pillədə qərarlaşan "Turan Tovuz" komandası, 25 xala sahib "Sumqayıt" klubunu (8-ci yer) qəbul edəcək.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре