Bayramda "ASAN xidmət" işləyəcək?

Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, həmçinin, 29, 30 və 31 mart tarixlərində "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.

Bu barədə Day.Az-a "ASAN xidmət"dən məlumat verilib.

Mərkəzlərdə 25, 26, 27, 28 mart tarixlərində isə iş günü olacaq.

 

Qeyd edilib ki, 1 saylı Sumqayıt "ASAN xidmət" mərkəzi zəruri təmir-bərpa işləri ilə əlaqədar 7 aprel 2025-ci il tarixinədək fəaliyyətini qismən məhdudlaşdırılmış formada davam etdirəcək.

Mərkəzin qeyd olunan müddətdəki iş rejimi barədə məlumatı https://vxsida.gov.az/az/article/2370 keçidinə daxil olmaqla əldə etmək olar.