https://news.day.az/azerinews/1738272.html
Kəlbəcərdə yük avtomobili dərəyə aşdı: 2 ölü, 1 yaralı - VİDEO
Kəlbəcər rayonunda tikinti şirkətlərindən birinin əməkdaşları yol qəzasına düşüblər. Day.Az-ın yerli müxbirinin məlumatına görə, hadisə Qamışlı kəndi ərazisində baş verib.
Kəlbəcərdə yük avtomobili dərəyə aşdı: 2 ölü, 1 yaralı - VİDEO

Kəlbəcər rayonunda tikinti şirkətlərindən birinin əməkdaşları yol qəzasına düşüblər.
Day.Az-ın yerli müxbirinin məlumatına görə, hadisə Qamışlı kəndi ərazisində baş verib.
Belə ki, hadisə nəticəsində iki nəfər ölüb, bir nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. 1988-ci il təvəllüdlü Elçin Nadirovun idarə etdiyi yük avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Sərnişinlər - 1961-ci il təvəllüdlü Mirabbas Məmmədov və 1977-ci il təvəllüdlü Ramin Şahnəzərov aldıqları müxtəlif dərəcəli bədən xəsarətlərindən dünyasını dəyişiblər. Sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре