Azərbaycan Ordusunun mövqeləri Basarkeçər istiqamətindən atəşə tutulub

Azərbaycan Ordusunun mövqeləri Basarkeçər istiqamətindən atəşə tutulub.

Bu barədə Day.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilir ki, martın 19-u saat 14:15 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.