https://news.day.az/azerinews/1739449.html
Ağcabədidə iki avtomobil toqquşdu - Yaralılar var - VİDEO - FOTO
Ağcabədidə iki minik avtomobili toqquşub, sürücü və sərnişin xəsarət alıb. Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Rəncbərlər kəndi ərazisində baş verib. Hərəkətdə olan "VAZ 2107" markalı avtomobil "KIA" markalı avtomobillə toqquşub.
Ağcabədidə iki avtomobil toqquşdu - Yaralılar var - VİDEO - FOTO

Ağcabədidə iki minik avtomobili toqquşub, sürücü və sərnişin xəsarət alıb.
Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Rəncbərlər kəndi ərazisində baş verib.
Hərəkətdə olan "VAZ 2107" markalı avtomobil "KIA" markalı avtomobillə toqquşub.
Nəticədə "VAZ"ın sürücüsü, rayon sakini 1992-ci il təvəllüdlü Məmmədov Sənan və onun qohumu, sərnişin İsrail adlı şəxs müxtəlif dərəcəli xəsarət alıb.
Yaralılar Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре