https://news.day.az/azerinews/1739498.html
Ağcabədidə avtomobil kanala düşdü - FOTO - VİDEO
Ağcabədidə idarəetməni itirən sürücü kanala düşüb. Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Salmanbəyli kəndi ərazisində baş verib.
Ağcabədidə avtomobil kanala düşdü - FOTO - VİDEO

Ağcabədidə idarəetməni itirən sürücü kanala düşüb.
Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Salmanbəyli kəndi ərazisində baş verib.
Ağcabədi rayon Hüsülü kənd sakini, 1995-ci il təvəllüdlü Ağayev Tural Ziyafət oğlu idarə etdiy "VAZ 21099" markalı 14 BB 922 dövlət nömrəli avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə T.Ağayev idarə etdiyi avtomobillə əkin sahələrinin suvarılması üçün istifadə edilən beton kanala düşüb. Hadisə yerinə çağırılan Ağcabədi rayonu DYMH-nin yanğınsöndürən-xilasediciləri tərəfindən sürücü avtomobildən çıxarılaraq təcili tibbi yardım əməkdaşlarına təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре