https://news.day.az/azerinews/1739954.html
Əgər xalq mənim qərarıma qarşı çıxarsa... - Paşinyan
Ermənistan Respublikasının baş naziri kimi qərara gəldim ki, "Qarabağ hərəkatı" davam etməməlidir. Day.Az axar.az-a istinadən bildirir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. "Əgər Ermənistan xalqı mənim qərarıma qarşı çıxarsa, o zaman mən Ermənistanın baş naziri olmayacağam.
Əgər xalq mənim qərarıma qarşı çıxarsa... - Paşinyan

Ermənistan Respublikasının baş naziri kimi qərara gəldim ki, "Qarabağ hərəkatı" davam etməməlidir.
Day.Az axar.az-a istinadən bildirir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
"Əgər Ermənistan xalqı mənim qərarıma qarşı çıxarsa, o zaman mən Ermənistanın baş naziri olmayacağam. Mən baş nazir olduğum müddətdə bu, Ermənistanın rəsmi mövqeyidir", - deyə o bildirib.
Qeyd edək ki, "Qarabağ hərəkatı" adətən 1988-ci ildə, Ermənistan hələ Sovet İttifaqının tərkibində olarkən başlamış hərəkat hesab olunur. Bu hərəkatın ideoloji bazası üzərində Ermənistan 1991-ci ildə müstəqilliyini elan edib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре