Fransa müstəqillik hərəkatlarını yatırmaq üçün böhranlardan istifadə edir - Joze Marten Jan-Pyer

Fransa hər bir hadisədən müstəqillik arzularını yatıraraq dominant mövqeyini saxlamaq və genişləndirmək üçün istifadə edir.
Trend xəbər verir ki, bunu "Kolonializm: Milli-dini kimliyin silinməsi" mövzusunda keçirilən beynəlxalq konfransa həsr olunmuş mətbuat konfransında Təzminat Uğrunda Qlobal Hərəkatın prezidenti, Beynəlxalq Dekolonizasiya Cəbhəsinin (Qvadelupa) katibi Joze Marten Jan-Pyer deyib.
Onun sözlərinə görə, Fransa müstəqillik ideyalarını gözdən salmaq üçün böhran vəziyyətlərini manipulyasiya edir. O, 1989-cu il sentyabrın 16-da Qvadelupada baş vermiş Hüqo qasırğasını misal çəkib.
"Qasırğadan sonra "böyük Fransa"nın necə kömək edə bildiyini nümayiş etdirmək üçün bütöv bir kampaniya başladıldı, amma əslində onun məqsədi azadlıq arzularını boğmaq idi. Fransa təbii fəlakətlərin təhlükə olduğunu və yalnız Fransanın kömək edə biləcəyini öyrətdi. Bunun ardınca müstəqillik və azadlıq ideyalarını gözdən salmaq məqsədi daşıyan genişmiqyaslı məlumat kampaniyası aparıldı", - o bildirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре