Fransanın müstəmləkəçilik siyasəti dərin tarixi izlər buraxıb - Mariya İzabella Saliqa

Fransanın müstəmləkəçilik siyasəti müstəmləkə zülmünə məruz qalmış xalqların mədəniyyət və adət-ənənələrinin tamamilə məhv edilməsinə səbəb olmuş, bu ölkələrdə hələ də hiss olunan dərin tarixi sarsıntılar buraxmışdır.
Day.Az xəbər verir ki, bunu bu gün "Yeni Kaledoniya Sakit Okean İcmaları və Mədəniyyətləri Evi" (NCMCP) assosiasiyasının prezidenti Mariya İzabella Saliqa Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda deyib.
O vurğulayıb ki, müstəmləkəçilik əzilən xalqların təkcə mədəni ənənələrini yox, mənəvi yönümlərini də məhv etdi.
"Biz zorakılıqla Fransanın bir hissəsi olduq və bu alçaqlıqların, sərvətlərin oğurlanmasının, dərman bitkiləri haqqında biliklərin məhv edilməsinin və müstəmləkəçiliyin maraqlarına xidmət edən çirklənmə və iqtisadi inkişaf yolu ilə manipulyasiyaların ağır yükünü hələ də daşıyırıq", - o bildirib.
Mariya İzabella Saliqa qeyd edib ki, Fransa öz keçmiş müstəmləkələri üzərində tam nəzarət istəyindən heç vaxt əl çəkməyib, bu xalqları tabeçilikdə saxlamağa çalışır. Bu, müstəmləkə quruluşunun tabeçiliyinin və qəbulunun əsaslarının qoyulduğu məktəblərdə təhsillə başlamış, ədalətsiz məhkəmə sistemi və iqtisadi maneələrlə davam etmişdir.
Onun sözlərinə görə, bu gün Fransa müstəmləkəçiliyindən əziyyət çəkən xalqlar arasında şüurun canlanması müşahidə olunur. "Öz müqəddəratını təyinetmə və iqtisadi müstəqillik uğrunda hərəkatlar yaranır və bir çox ölkələr, o cümlədən Afrika da fransız zülmündən xilas olmağa çalışır", - o bildirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре