https://news.day.az/azerinews/1740490.html
ABŞ-də sərnişin təyyarəsi ilə hərbi təyyarə səmada toqquşma təhlükəsi ilə üzləşdi
ABŞ-də sərnişin təyyarəsi və Hərbi Hava Qüvvələrinin təyyarəsi havada toqquşma təhlükəsi ilə üzləşib. Day.Az xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya İdarəsi xəbər yayıb.
ABŞ-də sərnişin təyyarəsi ilə hərbi təyyarə səmada toqquşma təhlükəsi ilə üzləşdi

ABŞ-də sərnişin təyyarəsi və Hərbi Hava Qüvvələrinin təyyarəsi havada toqquşma təhlükəsi ilə üzləşib.
Day.Az xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya İdarəsi xəbər yayıb.
Məlumata görə, hadisə Vaşinqtonda bir müddət əvvəl təyyarə qəzasının baş verdiyi Ronald Reyqan adına hava limanı yaxınlığında qeydə alınıb. "Delta Air Lines" aviaşirkətinə məxsus "Airbus A319" sərnişin təyyarəsi hava limanından qalxanda yaxınlığından ABŞ Hərbi Hava Qüvvələrinin dörd "T-38 Talon" təlim təyyarəsi keçib.
Qurumdan bununla bağlı araşdırma aparılacağı qeyd edilib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре