https://news.day.az/azerinews/1740592.html
Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 17-yə çatıb
Taylandın paytaxtı Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 17-yə çatıb, 32 nəfər yaralanıb, 83 nəfər itkin düşüb. Day.Az-ın məlumatına görə, bu barədə şəhər administrasiyasından bildiriblər. Bildirilib ki, ən çox ölənlərin sayı - 9 nəfər Banqkokun şimalında tikilməkdə olan Baş Auditor İdarəsinin binasının uçması zamanı baş verib.
Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 17-yə çatıb
Taylandın paytaxtı Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 17-yə çatıb, 32 nəfər yaralanıb, 83 nəfər itkin düşüb.
Day.Az-ın məlumatına görə, bu barədə şəhər administrasiyasından bildiriblər.
Bildirilib ki, ən çox ölənlərin sayı - 9 nəfər Banqkokun şimalında tikilməkdə olan Baş Auditor İdarəsinin binasının uçması zamanı baş verib. Hazırda orada axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
"Thairath" qəzetindən verilən məlumata əsasən, Banqkok meri Çatçat Sittiphan bildirib ki, mühəndislik xidmətləri şəhərdə 723 binaya baxış keçirib və onlardan ikisinin təhlükəli olduğu müəyyən edilib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре