https://news.day.az/azerinews/1740738.html
Azərbaycan gimnastları daha dörd medal qazanıblar - FOTO
Azərbaycanın bədii gimnastları Bakıda keçirilən "AGF Trophy" beynəlxalq turnirinin son günündə daha dörd medal qazanıblar. Day.Az xəbər verir ki, böyüklərin yarışında Zəhra Cəfərova topla hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni proqramda çıxış edən Kamilla Seyidzadə isə gümüş mükafata sahib çıxıb.
Azərbaycan gimnastları daha dörd medal qazanıblar - FOTO

Azərbaycanın bədii gimnastları Bakıda keçirilən "AGF Trophy" beynəlxalq turnirinin son günündə daha dörd medal qazanıblar.
Day.Az xəbər verir ki, böyüklərin yarışında Zəhra Cəfərova topla hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni proqramda çıxış edən Kamilla Seyidzadə isə gümüş mükafata sahib çıxıb.
İlona Zeynalova halqalarda ikinci, Z.Cəfərova lentlərlə hərəkətlərin icrasında üçüncü yeri tutub.
Qeyd edək ki, turnirə bu gün yekun vurulacaq.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре