İlon Maskın ABŞ hökumətindəki aqibətinə aydınlıq gəldi
İlon Mask Amerika administrasiyasındakı işini hələ başa çatdırmayıb və o, ABŞ prezidenti Donald Trampın müşaviri vəzifəsini yerinə yetirməyə davam edəcək.
Day.Az ABŞ KİV-lərinə istinadən xəbər verir ki, bu açıqlamanı ölkənin vitse-prezidenti Cey Di Vens "Fox News"a müsahibəsində deyib.
"İlon ABŞ administrasiyasına gəldi və biz ona bildirdik ki, Amerika xalqının istəklərinə zidd olan və həddindən artıq baha başa gələn inanılmaz dərəcədə geniş bürokratiyanı azaltmaq lazımdır. Biz bunun altı ay çəkəcəyini dedik, məhz bu şərtlərlə İlon razılaşdı, amma, əlbəttə, o, müşavir olaraq fəaliyyətini davam etdirəcək və yeri gəlmişkən, DOGE-nin (ABŞ Hökümət səmərəliliyi idarəsi) öz işini başa çatdırmasına hələ çox var", -deyə Vens bildirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре