https://news.day.az/azerinews/1742012.html
Juninyo qəhrəman oldu, 1 dəqiqəyə qol vurdu - VİDEO
"Qarabağ" klubunun sabiq futbolçusu Juninyo "Flamenqo"nun heyətində növbəti dəfə fərqlənib. Day.Az Offsideplus.az-a istinadən xəbər verir ki, 28 yaşlı hücumçu CONMEBOL Libertadores Kubokunun qrup mərhələsinin ilk turunda Venesuelada qol vurub.
Juninyo qəhrəman oldu, 1 dəqiqəyə qol vurdu - VİDEO
"Qarabağ" klubunun sabiq futbolçusu Juninyo "Flamenqo"nun heyətində növbəti dəfə fərqlənib.
Day.Az Offsideplus.az-a istinadən xəbər verir ki, 28 yaşlı hücumçu CONMEBOL Libertadores Kubokunun qrup mərhələsinin ilk turunda Venesuelada qol vurub.
O, "Deportivo Taçira" ilə matçın qəhrəmanına çevrilib. 56-cı dəqiqədə meydançaya daxil olan braziliyalı futbolçu cəmi 1 dəqiqə sonra qarşılaşmadakı yeganə qolun müəllifinə çevrilib.
Bu, 3 ay öncə "Qarabağ"ı "Flamenqo"ya dəyişən Juninyonun yeni klubunda keçirdiyi 11-ci oyunda 3-cü qolu olub.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре