https://news.day.az/azerinews/1742459.html
Bəzi bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunur
Aprelin 5-i saat 17:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Day.Az-а verilən xəbərə görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Belə ki, Naxçıvan, Culfa, Ordubad və Astarada arabir yağış yağır.
Bəzi bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunur

Aprelin 5-i saat 17:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Day.Az-а verilən xəbərə görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Belə ki, Naxçıvan, Culfa, Ordubad və Astarada arabir yağış yağır.
Bəzi yerlərdə qərb küləyi əsir, küləyin sürəti arabir Şahdağda 20, Kəlbəcərdə isə 16 m/s-yə çatır.
Göygöl, Qax və Lerikdə duman müşahidə olunur.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18, Aran rayonlarında 19, Naxçıvan MR-da 20, dağlıq rayonlarda isə 12 dərəcəyədək isti qeydə alınıb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре