https://news.day.az/azerinews/1742629.html
Bu ərazidə işıq olmayacaq
Binəqədi rayonunda yenidənqurma və təmir işləri ilə əlaqədar olaraq 7 aprel tarixində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Day.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.
Bu ərazidə işıq olmayacaq

Binəqədi rayonunda yenidənqurma və təmir işləri ilə əlaqədar olaraq 7 aprel tarixində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Day.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 6 kV-luq hava xəttində aparılacaq təmir işləri və yeni Transformator Məntəqəsinin quraşdırılması səbəbilə Sulutəpə və Xocəsən qəsəbələrində saat 11:00-dan 16:00-dək elektrik verilişində məhdudiyyətlər olacaq.
Təmir və yenidənqurma işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcək.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре