https://news.day.az/azerinews/1743624.html
Malayziyanın xarici işlər nazirinin müavini Bakıya səfərə gəlir
Malayziyanın xarici işlər nazirinin müavini Datuk Mohamad Alamin aprelin 14-də Bakıya səfər edəcək. Day.Az xəbər verir ki, bu barədə Malayziya XİN məlumat yayıb. Məlumata görə, səfər aprelin 16-na kimi davam edəcək.
Malayziyanın xarici işlər nazirinin müavini Bakıya səfərə gəlir
Malayziyanın xarici işlər nazirinin müavini Datuk Mohamad Alamin aprelin 14-də Bakıya səfər edəcək.
Day.Az xəbər verir ki, bu barədə Malayziya XİN məlumat yayıb.
Məlumata görə, səfər aprelin 16-na kimi davam edəcək.
"Səfər çərçivəsində o, Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovla birlikdə ikinci Malayziya-Azərbaycan siyasi məsləhətləşmələrə həmsədrlik edəcək", - məlumatda qeyd olunub.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре