İndoneziya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

İndoneziya Respublikasının Prezidenti Prabovo Subianto Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Sizi mübarək Ramazan bayramı münasibətilə təbrik edirəm.

Zati-alinizə ən xoş arzularımı bildirirəm.

Bayramınız mübarək!".