https://news.day.az/azerinews/1744097.html
Əhməd Əl Şaara Prezident İlham Əliyevə təşəkkür edib
Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib. Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Əhməd Əl Şaraa bu barədə aprelin 11-də Antalyada dövlətimizin başçısı ilə görüşündə deyib.
Əhməd Əl Şaara Prezident İlham Əliyevə təşəkkür edib

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Əhməd Əl Şaraa bu barədə aprelin 11-də Antalyada dövlətimizin başçısı ilə görüşündə deyib.
Prezident İlham Əliyev Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bu ölkənin bərpa prosesində Azərbaycanın iştirak etməyə hazır olduğunu qeyd etdi.
Əhməd Əl Şaara Azərbaycan tərəfinin dəstəyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
O, gələcəkdə energetika, infrastruktur, təhlükəsizlik sahələrində Azərbaycanın Suriyaya dəstək göstərməsinin önəmini qeyd etdi.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре