Azərbaycan, hazırsan? - UFC

UFC rəsmi olaraq Bakıda keçiriləcək turnirlə bağlı açıqlama yayıb.

Day.Az-in məlumatına görə, qurum sosial şəbəkə hesabında "Azərbaycan, hazırsan?" başlığı ilə paylaşım edib.

Paylaşımda, yarışın iyunun 21-də "Baku Crystal Hall"da təşkil olunacağı qeyd edilib. Gecənin əsas qarşılaşmasında amerikalı döyüşçülər Halil Rauntri və Camal Hil üz-üzə gələcəklər.

Qeyd edək ki, UFC turnirinin biletləri aprelin 25-də satışa çıxarılacaq və onlar onlayn olaraq əldə edilə biləcək.