https://news.day.az/azerinews/1745077.html
Yaponiyanın iri avtomobil zavodu istehsalını azaldacaq
ABŞ prezidenti DonaldTrampın rüsum siyasəti ilə əlaqədar Yaponiyanın iri avtomobil istehsalçısı "Nissan" istehsal prosesini azaltmağı planlaşdırır. Day.Az xəbər verir ki, bu barədə xarici KİV-lər öz mənbələrinə istinadən məlumat yayıb.
Yaponiyanın iri avtomobil zavodu istehsalını azaldacaq
ABŞ prezidenti DonaldTrampın rüsum siyasəti ilə əlaqədar Yaponiyanın iri avtomobil istehsalçısı "Nissan" istehsal prosesini azaltmağı planlaşdırır.
Day.Az xəbər verir ki, bu barədə xarici KİV-lər öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, may ayından iyul ayına kimi avtokonsern Yaponiyanın cənub-qərbində yerləşən Kusyu zavodunda "Rogue" yolsuzluq avtomobillərinin istehsalı planını 13 min ədədə qədər azaldacaq.
2024-cü ildə "Rogue" Nissanın ABŞ-də ən çox satılan modeli olmuşdu: il ərzində 246 min avtomobil satılmışdı. Bu "Nissan"ın regiondakı ümumi satış həcminin dördə birindən çoxunu təşkil edir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре