https://news.day.az/azerinews/1745253.html
Azərbaycanda güclü sel - Ölən və xəsarət alanlar var
Ağsuda güclü sel ekskavatoru aşırıb. Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kalva kəndində qeydə alınıb. Yol-təmir işləri ilə məşğul olan işçilər güclü yağışdan qorunmaq üçün ekskavatorda oturublar. Çaya gələn güclü sel ekskavatoru aşırıb. Ekskavatorda olan 4 nəfərdən biri hadisə yerində ölüb.
Azərbaycanda güclü sel - Ölən və xəsarət alanlar var
Ağsuda güclü sel ekskavatoru aşırıb.
Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kalva kəndində qeydə alınıb.
Yol-təmir işləri ilə məşğul olan işçilər güclü yağışdan qorunmaq üçün ekskavatorda oturublar. Çaya gələn güclü sel ekskavatoru aşırıb. Ekskavatorda olan 4 nəfərdən biri hadisə yerində ölüb. Digər 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Xəsarət alanlar ekskavatordan çıxarılaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре