Azərbaycan Çin şirkətlərini işğaldan azad edilən ərazilərə investisiya yatırmağa dəvət edib

Azərbaycan Çin şirkətlərini işğaldan azad edilən ərazilərə investisiya yatırmağa dəvət edib.
Day.Az xəbər verir ki, bu barədə aprelin 16-da Bakıda Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasında Baş nazirin müavini Şahin Mustafayev bildirib.
O, işğaldan azad edilmiş ərazilərdə yaranan yeni reallıqlar fonunda mövcud geniş imkanlar xüsusilə vurğulayıb.
Baş nazirin müavini Şahin Mustafayev, Çin rəsmilərinə işğaldan azad olunmuş ərazilərindəki həyata keçirilən müasir infrastruktur layihələri və gələcək iqtisadi perspektivlər haqqında ətraflı məlumat verərək, Çin şirkətlərini bu ərazilərə investisiya yatırmağa dəvət etdi.
Baş nazirin müavini regionun nəqliyyat-kommunikasiya sisteminin bərpasının böyük perspektiv vəd etdiyi, Zəngəzur dəhlizinin reallaşmasının isə sülhə və təhlükəsizliyə xidmət edəcəyi, Orta Dəhlizin tərkib hissəsi kimi "Kəmər və Yol" layihəsinə də mühüm töhfə verəcəyi bildirdi.
Qeyd edək ki, iclasa Azərbaycan Respublikasının Baş nazirinin müavini, Komissiyanın həmsədri Şahin Mustafayev və Çin Xalq Respublikasının kommersiya nazirinin müavini, Çinin ticarət üzrə beynəlxalq nümayəndəsi Lin Ci sədrlik ediblər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре