2024-cü ildə Kollegiya qərarlarında 58.4 milyon manat dövlət vəsaiti bərpa edilib
2024-cü ilin iş planı üzrə başa çatdırılan auditlərlə müəyyən edilən pozuntuların aradan qaldırılması, eyni zamanda müxtəlif istiqamətlərdə fəaliyyətin gücləndirilməsi məqsədilə qəbul edilən 44 kollegiya qərarında ümumilikdə 443 tədbir təsdiq edilib.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə məlumat Hesablama Palatasının 2024-cü ildə fəaliyyətinə dair Hesabatında öz əksini tapıb.
Belə ki, Kollegiya qərarları ilə təsdiq edilən 193 tədbirin isə qanunvericiliklə icra üçün müəyyən edilən müddəti bitməyib.
2024-cü ilin iş planı üzrə aparılan nəzarət tədbirlərinin nəticələri üzrə kollegiya qərarlarında əks olunan maliyyə xarakterli tədbirlər aşağıdakıları əhatə edib:
- pul, əvəzləşmə və natura ifadəsində dövlət vəsaitinin bərpası;
- debitor və kreditor borcların bağlanılması;
- dövlət əmlakının özəlləşdirilməsindən, eləcə də dövlətə məxsus qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsindən daxilolmaların dövlət büdcəsinə ödənilməsi;
- əməkhaqqı, ezamiyyə, kirayə və s. üzrə əsassız ödənişlərin dayandırılması;
- müqavilə məbləğinin azaldılması;
- gəlir vergisi üzrə artıq tutulmuş vəsaitin, istifadə olunmamış məzuniyyət günlərinin rəsmiləşdirilməməsinə görə kompensasiyanın işçilərə ödənilməsi;
- maliyyə hesabatları və uçot üzrə düzəlişlərin verilməsi;
- vergi bəyannamələrində düzəlişlərin edilməsi;
- dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan ayrılan vəsaitlərin müvafiq qaydada nizamnamə fonduna aid edilməsi;
- tikintisi başa çatmış obyektlərin uçota (balansa) alınması üçün təhvil verilməsi və s.
2024-cü ilin iş planı üzrə kənar dövlət maliyyə nəzarəti tədbirləri nəticəsində qəbul edilən kollegiya qərarlarının maliyyə xarakterli bəndlərinin kəmiyyət ifadəsində təsviri və onların icra vəziyyəti aşağıdakı kimi olub:

Bildirilib ki, bərpa üzrə müəyyən edilən tədbirlər üzrə qalan 25,0 mln. manatın icrası ilə bağlı həyata keçiriləcək tədbirlər cari ildə diqqətdə saxlanılmaqla məlumatlar növbəti ilin Hesabatına daxil ediləcək. Hüquq-mühafizə orqanlarına göndərilən materiallar üzrə araşdırmaların davam etdirilməsi dövlət vəsaitinin bərpası üzrə məbləğlərin artımını gözlənilən edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре