Ağdamda daha bir sıra yaşayış binaları inşa olunacaq

Ağdam şəhərində yenidənqurma, abadlıq işləri müvəffəqiyyətlə davam etdirilir.

Trend-in əldə etdiyi məlumata görə, bu işlərin ardınca şəhərin 5-ci yaşayış massivi üzrə binaların tikintisinə başlanılır.

Belə ki, qeyd olunan yaşayış massivi çərçivəsində məhəllə O-120, O-122, O-128, O-140 üzrə binalar inşa olunacaq.

 

Artıq bununla bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində müvafiq işlərə start verilib.

Qurum görüləcək cəmi işlərin 48,5 milyon manata başa gələcəyini proqnozlaşdırıb.