Azərbaycan və Çin arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş imzalanıb

Aprelin 23-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş" imzalanıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, sənəd Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Çinin nəqliyyat naziri Liu Vey tərəfindən imzalanıb.