https://news.day.az/azerinews/1747498.html
Azərbaycan hərbçiləri “KURTARAN-2025” təlimlərində iştirak edəcək
Türkiyənin Marmaris şəhərində aprelin 30-dək keçiriləcək "KURTARAN-2025" adlı beynəlxalq təlimlərdə iştirak etmək məqsədi ilə Azərbaycan hərbçiləri qardaş ölkəyə yola düşüb. Day.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycan hərbçiləri “KURTARAN-2025” təlimlərində iştirak edəcək

Türkiyənin Marmaris şəhərində aprelin 30-dək keçiriləcək "KURTARAN-2025" adlı beynəlxalq təlimlərdə iştirak etmək məqsədi ilə Azərbaycan hərbçiləri qardaş ölkəyə yola düşüb.
Day.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlimlərdə Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələrinin, Quru Qoşunlarının, Hərbi Hava Qüvvələrinin və Sahil Mühafizə Qüvvələrinin iştirakı nəzərdə tutulub.
Təlimlər zamanı, həmçinin, "Yüksək səviyyəli müşahidəçi günü"nün keçirilməsi də planlaşdırılıb.
Plana uyğun olaraq təlimlər çərçivəsində müxtəlif qoşun növləri qarşılıqlı əlaqədə qarşıya qoyulmuş tapşırıqları icra edəcəklər.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре