Bu məktəbdə 10 gündür işıqlar yanmır

Ağstafa rayonu Qaçaq Kərəm kənd orta məktəbində bir neçə gündür ki, işıqlar yanmır. 

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bunun məktəbin transformatorunda yaranmış nasazlıqla bağlı olduğu bildirilib. 

Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirildi ki, bir neçə gün bundan əvvəl ölkədə müşahidə edilən qeyri-sabit hava şəraiti və intensiv yağıntılar nəticəsində elektrik xətlərində nasazlıq yarandığı üçün təhsil müəssisəsinin transformator qurğusu sıradan çıxıb.

"Nasazlığın aradan qaldırılması üçün aidiyyəti üzrə müraciət edilib. Yaxın günlərdə məsələnin həll edilməsi üçün müvafiq tədbirlər görülür".

Qeyd edək ki, məktəbdə dərslər davam edir.