Məşhur müğənni Aysunu toydan qovmaq istəyib
Müğənni Aysun İsmayılova toy məclislərinin birində xoşagəlməz halla qarşılaşıb.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, məşhur müğənni onu toydan qovmaq istəyib.
Bu barədə prodüser və aparıcı Tarix Əliyev məlumat verib:
"Aysun İsmayılova bir məclisə gedib, illərlə sənətdə olan adam deyib ki, səni təqdim etmək istəmirəm. Elə et ki, səni bu toydan qovmayım. O müğənnini çox istəyirəm ailəsi və özünə hörmətim var. Aysunun prodüseri mən olsaydım, kimin hünəri olardı o sözü deməyə? Bu yaxşı hal deyil. Aysun mənə zəng etmişdi, o qədər küsüb ki... Aysunun böyük sənəti olmasa da, estrada müğənnisidir, sevilir də. Atasız uşaq saxlayır, böyüdür. Niyə belə edirik?".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре